"Qalatasaray" klubunun və Türkiyə millisinin üzvü Barış Alper Yılmaz gələn mövsüm Avropada çıxış edə bilər.

İqtisadiyyat.az xəbər verir ki, Almaniyanın "Leypsiq" və Fransanın "Olimpik Lion klubları 23 yaşlı gənc futbolçunu transfer etmək istəyirlər.

Uzun müddətdir futbolçunu izləyən klublar "Qalatasaray"ın "Sivasspor"la oyununu stadiondan izləmək üçün öz əməkdaşlarını göndərəcəklər.

Qeyd edək ki, Barış Alper Yılmaz bu mövsüm "Qalatasaray" forması ilə 5 qol vurub, 4 assist edib.