"Qalatasaray" klubu gənc hücumçusu Barış Alper Yılmazın satış qiymətini müəyyənləşdirib.

İqtisadiyyat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "sarı-qırmızılı" klub 24 yaşlı hücumçunu 25 milyon avrodan aşağı satmayacaq. 

AÇ-2024-də oyunu ilə bir çox klubların diqqətini çəkən gənc hücumçu ilə maraqlanan klubların sayı artmaqdadır.

Onunla maraqlanan klublar arasında, "Liverpul", "Mançester Yunayted", "Arsenal", "Leypziq", "Lion" kimi nəhəng klublar da yer alıb.