"Porsche" şirkəti Rusiyada 319 avtomobili geri çağırıb.

Trend-in məlumatına görə, qərar avtomobilin kuzovunun ön hissəsində qeydə alınan qüsurlarla əlaqədardır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2016-cı ilin iyulundan 2019-cu ilin yanvarınadək Rusiyada satılmış "Boxster" və "Cayman" modellərinə şamil olunur.