Azərbaycanın energetika naziri Pərviz Şahbazov Əlcəzairin energetika və mədən naziri Mohamed Arkab ilə müzakirələr aparıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə nazir "Tvitter" hesabında paylaşım edib.

"Əlcəzairin energetika və mədən naziri Mohamed Arkab ilə enerji sahəsində çoxtərəfli və ikitərəfli əlaqələr, o cümlədən, qaz hasilatı və ixracı sahəsində əməkdaşlığı müzakirə etdik. Energetikanın müxtəlif istiqamətləri üzrə əlaqələri gücləndirmək üçün potensial böyükdür", - nazir qeyd edib.