“Martın ikinci ongünlüyündə ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur. Havanın temperaturu çoxillik norma göstəricilərindən iki dərəcəyə qədər aşağıdır”.

Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, yaxın günlər ərzində ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcək:

“Fasilələrlə yağıntı müşahidə ediləcək, küləyin arabir 15-18, bəzi rayonlarda 20-23 m/s-dək güclənəcəyi proqnozlaşdırılır”.

U.Tağıyeva qeyd edib ki, Bakıda temperatur 5-7 dərəcə intervalında dəyişəcək:

“Respublikanın dağlıq rayonlarda gecə saatlarında 10-15, gündüz isə 3-8 dərəcə şaxta müşahidə olunacaq. 

Eyni zamanda, Bakıda və Abşeron yarımadasının bəzi şimal ərazilərində martın 15-dən 16-na keçən gecə yağışın sulu qarla qarışıq formada yağması ehtimal edilir”.