Azərbaycan bu ilin yanvar-may aylarında Özbəkistana 19,4 milyon dollar dəyərində qeyri-neft sektoru məhsulları ixrac edib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 milyon dollar çoxdur.

Əlavə edək ki, ötən ilin eyni dövründə Azərbaycanın qeyri-neft məhsullarının Özbəkistana ixracı 17,5 milyon dollar dəyərində olub.