Ölkə üzrə iyul ayında yaşa görə aylıq sosial müavinət alanların sayı məlum olub.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

2021-ci ilin iyul ayında yaşa görə aylıq sosial müavinət alanların sayı 110 min nəfərə yaxın olub.

Onların 12,9 %-ni kişilər, 87,1 %-ni isə qadınlar təşkil edib.