Azərbaycana bu ilin yanvar-may ayları ərzində 395,8 milyon ABŞ dolları məbləğində qara metal idxal olunub.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından isə 28,5 milyon dollar və ya 7,7% çoxdur.

Əlavə edək ki, ötən ilin eyni dövründə Azərbaycana 367,2 milyon dollarlıq qara metal idxal edilib.