Azərbaycan bu ilin yanvar-may aylarında 138,6 milyon dollarlıq geyim əşyaları idxal edib.

İqtisadiyyat.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ölkənin geyim idxalına çəkdiyi xərc 2022-ci ilin eyni dövrü ilə müqayisədə 42,5% və ya 41,3 milyon dollar artıb. Hesabat dövründə geyim idxalı ölkənin ümumi idxalının 2,03%-ni təşkil edib.

Əlavə edək ki, Azərbaycanda bu ilin yanvar-may aylarında toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 207,3 milyon manat dəyərində məhsul istehsal edilib.