Azərbaycandan bu ilin yanvar-may aylarında 15,6 milyon ABŞ dolları dəyərində 282 min ton hazır və ya klinker formasında sement ixrac edilib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 6 milyon dollar və ya 63,6%, həcm baxımından isə 22,1% çoxdur.

Əlavə edək ki, bu dövrdə sement ixracı Azərbaycanın ümumi ixracının 0,10%-ni təşkil edib.