Naməlum şəxslər Varşavanın mərkəzində sinaqoqu yandırmağa cəhd ediblər, insident nəticəsində xəsarət alan olmayıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Polşanın baş ravvini Mixael Şudrixə istinadən respublikanın xarici işlər naziri Radoslav Sikorski bildirib.

"Ravvin Şudrix yazır ki, kimsə Molotov kokteyli ilə Nojikov sinaqoqunu yandırmağa cəhd edib. Allaha şükür, heç kim xəsarət almayıb", - nazir "X"də yazıb.

Polşa mediası paytaxt polisinin hadisə ilə bağlı məlumatlandırıldığını və artıq araşdırma apardığını bildirib.