Rusiyanın Moskva şəhərində üç hava limanında - Vnukovo, Domodedovo və Şeremetyevoda pis hava şəraiti səbəbindən 40-dan çox reys gecikib və ya təxirə salınıb.

Səhər saat 10-a olan məlumata görə, dəyişikliklərin əksəriyyəti Şeremetyevoda baş verib. Hava limanında 24 reys təxirə salınıb, 8 reys gecikib. Səkkiz reys hələ də Domodedovoya, üç reys isə Vnukovoya uça bilmir.

“Fobos” Mərkəzinin aparıcı əməkdaşı Yevgeni Tişkovets bir gün əvvəl güclü qar yağacağı ilə bağlı xəbərdarlıq edib. Onun sözlərinə görə, qar örtüyü 5 sm olacaq.