İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2021-ci ilin yanvar-noyabr aylarında 2 milyard 109 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 5,7 faiz artıb.

Göstərilmiş xidmətlərin 75,4 faizi əhali tərəfindən istehlak olunub.

Xidmətlərdən əldə edilən gəlirin 42,4 faizi və ya 893,9 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb. Mobil rabitə operatorlarının gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz artıb.