Amerika Birləşmiş Ştatlarının Corcia ştatının Atalanta şəhərində yaşayan Lil Baby adlı 23 yaşlı reper, onun sifarişi ilə hazırlanmış Mercedes-Benz G550 4X4² ofrouderini nümayiş etdirib.

İqtisadiyyat.az fins.az-a istinadla xəbər verir ki, bir sıra məşhurlar kimi Dominik Cons (reperin əsl adı belədir) da bahalı avtomobillərə sahibdir. Onun qarajında Dodge Challenger SRT Hellcat və Rolls-Royce Wraith kimi avtomobillər də vardır Lakin, reperin əsas qürur mənbəyi onun Mercedes-Benz G550 4X4² ofrouderidir. Bu barədə Autograph məlumat yayıb.

Avtomobilin ən cəlbedici xüsusiyyətlərindən biri onun 24-düymlük Forgiato Gambe diskləridir. Six 10 Motoring komandası tərəfindən təkmilləşdirilmiş ofrouder 37 düymlük şinlər ilə təchiz edilibdir.