Avropanın “Airbus” aerokosmik korporasiyası 2024-2043-cü illərdə yeni sərnişin və yük təyyarələrinə qlobal tələbatın 42,430 min təyyarə təşkil edəcəyini proqnozlaşdırır.

Bu barədə İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir.

Proqnozlara görə, dar gövdəli təyyarələrə tələbat 33,510 min, geniş gövdəli təyyarələrə isə 8,920 min təşkil edəcək. 2024-2043-cü illərdə yük təyyarələrinə tələbatın 2470 min ədədə çatacağı gözlənilir ki, bunun da 940-ı yeni təyyarələr, qalanları isə konvertasiya edilmiş sərnişin təyyarələri olacaq.

Bildirilir ki, növbəti 20 il ərzində qlobal hava yolları təqribən 18,460 min köhnə təyyarəni (bütün yeni tədarüklərin 45%-i) yeni, daha enerjiyə qənaət edən təyyarələrlə əvəz edəcək.

“Airbus”ın proqnozuna görə, 2043-cü ilə qədər qlobal təyyarə parkı 2024-cü ilə nisbətən iki dəfə artaraq 48,23 min olacaq.

Məlumatda koronavirus pandemiyasından sonra tələbatın bərpası fonunda 2027-ci ilə qədər dünyada sərnişin daşımalarının orta illik artım tempinin 8,4% təşkil edəcəyi qeyd olunub. 2027-2043-cü illər arasında “Airbus” orta illik artım tempinin 3,6%-ə enəcəyi, yük daşımalarında artımın isə 3,1% olacağını proqnozlaşdırır.

Ötən il aerokosmik korporasiya növbəti 20 il ərzində təyyarələrə ümumi tələbatın 40,85 min ədəd olacağını proqnozlaşdırmışdı.