Bakının küçə və prospektlərində quraşdırılmış işıq dirəkləri boyanacaq.

İqtisadiyyat.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin "Bakı Şəhər İşığı" Elektrik Şəbəkə Müəssisəsi bununla bağlı hazırlıqlara başlayıb.

Qurum qeyd olunan işləri "Megaplus" Firmasına həvalə edib və bunun müqabilində şirkətə 413 min manat ödəyəcək.