Bu ilin I yarısında Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 75,5 milyon manat vəsait yönəldilib ki, bu da bir il öncəki göstəricidən 18,4 % azdır.

Bu barədə İqtisadiyyat.az-a Naxçıvan Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, əsas kapitala vəsait qoyuluşunun 62 milyon manatı tikinti-quraşdırma işlərinin payına düşmüşdür ki, bu da 1 il əvvəllə müqayisədə 12 % azdır.