Ağdam rayonunun Sarıcalı kəndində bərpa, quruculuq və abadlaşdırma işləri sürətlə davam etdirilir.

Bu barədə İqtisadiyyat.az Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumat əldə edib.

Kənddə tikintisi nəzərdə tutulan qeyri-yaşayış binaları (inzibati bina, klub-icma mərkəzi, məktəb, bağça və Bayraq meydanı) üzrə tikinti-quraşdırma işlərinə başlanılır.

Dövlət Xidməti sözügedən işləri "Azman Holding" şirkətinə həvalə edib və müqavilə bağlanacaq. Müqaviləyə əsasən layihənin icrası 9,1 milyon manata başa gələcək.

Qeyd edək ki, Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində Ağdam rayonunun Sarıcalı kəndi yenidən salınır. Bu ilin sonuna qədər Sarıcalı kəndinə 203 ailənin köçürülməsi nəzərdə tutulub.

Xatırladaq ki, Ağdam rayonunun Sarıcalı kəndinin təməli 2022-ci ilin oktyabrın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub.