Qazaxıstan Milli Bankının Pul Siyasəti Komitəsi əsas uçot dərəcəsini 0,25 faiz bəndi azaldaraq 14,25 faizə endirib. 

İqtisadiyyat.az yerli mediaya istinadən xəbər verir ki, bununla bağlı ölkənin tənzimləyici qurumu qərar qəbul edib.

Bildirilib ki, bu, pul siyasətinin ardıcıl ikinci yumşaldılmasıdır.

Məlumata görə, ölkədə iyulda inflyasiya iyun və may ayları ilə müqayisədə 8,5 və 8,7 faizdən 8,4 faizə düşüb. Bununla belə, məzənnənin aşağı salınmasına əlverişsiz xarici fon, o cümlədən dünyada ərzaq qiymətlərinin artması və Rusiyada inflyasiyanın sürətlənməsi mane olur.

Qazaxıstan Mərkəzi Bankı beş faizlik hədəfə nail olmaq üçün inflyasiyanın aşağı düşməsi meylinin möhkəmlənməsini gözləyərək uzun müddət sərt monetar şərtləri saxlamağa söz verib.