“Pano” Açıq Səhmdar Cəmiyyətinin yığıncağı keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, yığıncaq iyulun 15-nə təyin olunub.

Yığıncaqda aşağıdakı məsələlər müzakirə ediləcək:
1. Qiymətli kağızların dəyərinin azaldılması.
2. Dövlət reyestrindən çıxarışdan nizamnamə kapitalının məbləğinin dəyişdirilməsi üçün lazımi işlərin görülməsi.
3. Kapitalın azaldılması ilə bağlı Azərbacan Respublikasının Mərkəzi Bankına müraciət edilməsi.

Qeyd edək ki, 2005-ci ildən fəaliyyətə başlayan “PANO” ASC fasad, qapı və pəncərə profillərinin istehsalı ilə məşğuldur. Şirkətin nizamnamə kapitalı 1 806 000 manatdır.