Macarıstan Mərkəzi Bankı valyutanın enişini cilovlamaq üçün təcili qərarla gündəlik 18 faiz depozit faiz dərəcəsini açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki,qərardan sonra valyuta forint avroya nisbətdə 2 faizdən çox bahalaşıb.
Mərkəzi Bankın sədr müavini Barnabas Viraq onlayn təqdimatında Macarıstanda faiz dəhlizinin yuxarı həddinin 15,5 faizdən 25 faizə qaldırılacağını bildirib.

Bank təcili faiz artımı ilə gündəlik 18 faiz depozit faizinin tətbiq ediləcəyini bildirib. Qərardan sonra Macarıstan forinti avro qarşısında 2,3 faiz bahalaşıb.