Slovakiya Ukraynaya 10 xilasetmə maşını bağışlayacaq. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə TASR xəbər agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, humanitar yardım təcili xidmətlər tərəfindən qəbul ediləcək. Maşınlar ayrı-ayrı şöbələr arasında paylanacaq.

Baş nazir Robert Fikonun hökuməti Ukraynaya hərbi yardım göstərməkdən imtina edib və Kiyevə hərtərəfli humanitar yardım göstərir.