Kabil hava limanı 48 saat ərzində bağlı qalacaq.

Bu barədə ABŞ Dövlət Departamentinə istinadən “Khaama Press” məlumat yayıb.

Məlumata görə, aeroportun bağlanmasında məqsəd ərazinin boşaldılmasıdır.

Qeyd edək ki, artıq xeyli müddətdir Kabil hava limanına minlərlə insan toplaşıb. Onlar Əfqanıstanı tərk etmək ümidilə sutkalarla növbə gözləyir.

Son günlərdə ərazidəki sıxlıq nəticəsində rəsmi mənbələrə görə 20, qeyri-rəsmi məlumatlara görə isə 40 nəfərin həlak olduğu bildirilib.