Mayın 10-11-də İstanbulda taxıl müqaviləsi üzrə yüksək səviyyəli görüş keçirilməsi planlaşdırılır.

İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin deyib.

O bildirib ki, görüş dördtərəfli formatda keçiriləcək.

"Bizim sabah və o biri gün İstanbulda dördtərəfli formatda yüksək səviyyəli görüşümüz var", - deyə rusiyalı diplomat bildirib.