Gürcüstan Prezidenti Salome Zurabişvili Rusiyanın Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv etmək və birbaşa uçuşları bərpa etmək qərarı ilə əlaqədar hökuməti Təhlükəsizlik Şurasının iclasını keçirməyə çağırıb.

İqtisadiyyat.az xəbər verir ki, Prezidenti Salome Zurabişvili hökumətə çağırışını keçirdiyi xüsusi brifinqdə səsləndirib. O, Təhlükəsizlik Şurasının Rusiya vətəndaşlarına üç ay müddətinə viza rejiminin tətbiq edilməsi qərarını müzakirə etməli olduğunu, bunun daxili çağırışlarla əlaqədar zəruri olduğunu qeyd edib.

Zurabişvili ölkəyə daxil olan və burada qalan Rusiya vətəndaşlarına dövlət tərəfindən daha çox nəzarət edilməli olduğunu vurğulayıb. Dövlət başçısı Rusiyanın bu qərarının öz maraqları çərçivəsində qəbul edildiyini və hazırkı şəraitdə zamansız və təxribat xarakterli olduğunu təkrarlayıb.

Əlavə edib ki, bu Rusiyanın ötən gün Aİ tərəfindən qəbul edilmiş 11-ci sanksiyalar paketinə cavabı da ola bilər.

***

16:00

Gürcüstan Prezidenti Salome Zurabişvili Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya Prezidenti Vladimir Putinin viza rejimini ləğv etməsinə dair qərarını qəbuledilməz adlandırıb.

İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd edək ki, Vladimir Putin Rusiya ilə Gürcüstan arasında viza rejiminin ləğvinə dair sərəncam imzalayıb. Sərəncama əsasən, mayın 15-dən Gürcüstan vətəndaşları üçün viza rejimi ləğv olunur. Bundan sonra Gürcüstan vətəndaşları 90 gün Rusiyaya vizasız səyahət edə biləcək.