Gürcüstan parlamenti xarici agentlər haqqında qanun layihəsinə tam baxmağa vaxt tapmayıb.
İqtisadiyyat.az xəbər verir ki, bunu Gürcüstan qanunverici orqanının sədri Şalva Papuaşvili deyib.
"Müzakirələr və səsvermə sabah da davam edəcək", - Papuaşvili qeyd edib.
Parlament aprelin 30-da ikinci oxunuşda xarici agentlər haqqında qanun layihəsinin müzakirəsinə başlayıb. Gün ərzində deputatlar qanuna maddə-maddə baxıblar. Parlamentarilər arasında qızğın müzakirələr aparılıb. Onlar qanun layihəsinin 11 maddəsindən yalnız 3-nə baxa biliblər.
Eyni zamanda bu qanun layihəsinə qarşı yenidən parlament qarşısında mitinq keçirilir. Minlərlə insan Rustaveli prospektini bağlayıb və hakimiyyətdən təşəbbüsü geri götürməsini tələb edib.