Gürcüstan 12 tövsiyə üzərində işi yekunlaşdırır və ilin sonuna kimi Avropa İttifaqına namizəd status almağa layiqdir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Gürcüstan hökumətinin mətbuat xidmətinin ölkənin Baş naziri İrakli Qaribaşvili ilə Avropa İttifaqı (Aİ) Şurasının rəhbəri Şarl Mişel arasında Brüsseldə keçirilən danışıqların yekunlarına dair yaydığı məlumatda bildirilib.

“Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Brüsselə səfəri çərçivəsində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşüb. Görüşün əsas mövzusu Gürcüstanın Aİ-yə üzvlük prosesi olub. İrakli Qaribaşvili Aİ Şurasının prezidentinə Gürcüstanın 12 prioritetinin həyata keçirilməsinə yönəlmiş məqsədyönlü səylər barədə məlumat verib və bu prosesdə hökumətin Avropa İttifaqı və üzv dövlətlərin institutları ilə daimi məsləhətləşmələr apardığını qeyd edib. Baş nazirin sözlərinə görə, tövsiyələrin əksəriyyəti artıq icra olunub və əldə olunan irəliləyişlərə uyğun olaraq, Gürcüstan ilin sonuna qədər namizəd statusu almağa layiqdir”, - məlumatda deyilir.