Xəbər verdiyimiz kimi, İlham Əliyevin Sərəncamı ilə Şahin Bağırov DGK-nin sədri təyin edilib.

İqtisadiyyat.az onun tərcümeyi-halını təqdim edir:

Şahin Soltan oğlu Bağırov 12 yanvar 1965-ci ildə Bakı şəhərində anadan olub. 1986-cı ildə Voronej Dövlət Universitetinin İqtisadiyyat fakültəsini, ikinci təhsil kimi isə 2003-cü ildə Rusiya Görüm Akademiyasının Gömrük işinin təşkili fakültəsini bitirib.

2004-cü ildə həmin akademiyanın aspiranturasını bitirərək iqtisad elmləri namizədi (iqtisad üzrə fəlsəfə doktoru) elmi dərəcəsinə yiyələnib.

Şahin Bağırov əmək fəaliyyətinə təyinat əsasında Azərbaycan aqrar-senaye kompleksi sistemində başlayıb. 1992-ci ildən gömrük sistemində inspektor kimi çalışmağa başlayıb, Bakı Baş Gömrük İdarəsinin inspektoru, "Əli-Bayramlı" gömrük postunun rəisi, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsində, Daxili Təhlükəsizlik İdarəsində işləyib, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini, sonra isə rəisi olub.

Şahin Bağırov 16 yanvar 2014-cü ildən 6 iyul 2018-ci ilədək DGK sədrinin müavini olub. 2019–2022-ci illərdə Vergilər Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində çalışıb. 2022-ci ilin iyulun 18-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edilib, eyni zamanda ona sədrin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətləri verilib.

Şahin Bağırova 28 yanvar 2005-ci ildə gömrük xidməti general-mayoru, 2014-cü ilin fevralın 3-də isə gömrük xidməti general-leytenantı ali xüsusi rütbələri verilib.

Ailəlidir, iki övladı var.