Fransa hakimiyyəti ötən il yol hərəkəti qaydalarının pozulmasına görə rekord məbləğdə - 2 milyard avro cərimə toplayıb.

Bu barədə İqtisadiyyat.az “Le Figaro”ya istinadən xəbər verir.

Cərimələrin ümumi məbləği 2022-ci illə müqayisədə 7% çox olub. Bu artım həm də son bir ildə yol hərəkəti kameralarının sayının 4530-dan 4661-ə yüksəlməsi ilə bağlıdır. İl ərzində radarların orta hesabla 91%-i işlək vəziyyətdə olub.

 

Gözəl Həşimova