AK Partiyanın Qrup sədr müavini Bülent Turan qatıldığı canlı yayımda narahatlıq keçirən prezident Rəcəb Tayyib Ərdoğanın səhhəti ilə bağlı fövqəladə vəziyyətin olmadığını bildirib.

İqtisadiyyat.az xəbər verir ki, o, “gündə 5 proqram, xüsusi yığıncaqlar və müsahibələr keçirilir. Dünənki fövqəladə proses əslində proqramları yenidən nəzərdən keçirmək fürsəti verə bilər" deyib.

AKP sədrinin müavini Numan Kurtulmuş da Ərdoğanın səhhəti ilə bağlı məlumat verib. O qeyd edib ki, Prezident seçkisinin gərgin iş qrafikinə görə, o, mədəsində narahatlıq keçirib:

“Bu gün proqramlarına qaldığı yerdən davam edəcək”.

O, Ərdoğanın səhhətinin xeyli yaxşı olduğunu vurğulayıb.