“Azərbaycan bizə amfibiya (yanğınsöndürən) təyyarəsi göndərəcək”.

Bunu Türkiyə Prezdenti Rəcəb Tayyib Ərdoğan meşə yanğınlarının söndürülməsi istiqamətində görülən işlərdən danışarkən bildirib.

“Bütün imkanlarımzı səfərbər etmişik. Dünyada ən güclü yanğınsöndürənlər heyətinə sahibik. Bəziləri iddia edirlər ki, Türkiyə Milli Aviasiyasının təyyaəsi var və s. Güya ondan istifadə etməmişik. Təyyarə filan yoxdur. Bunlar bilmədiklərini, danışar, uydurarlar.

Hazırda yanğınların söndürülməsinə 45 helikopterimiz və 5-6 təyyarəmiz cəlb olunub. Ukrayna və Rusiyadan təyyarələr gəlir. Azərbcaycan da bir təyyarə göndərərcək. Bunların sayı 6-7-yə çatacaq. Bu təyyarələr vasitəsi ilə yanğının tezliklə söndürləcəyi gözlənilir”, - dövlət başçısı vurğulayıb.