2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkələrində istehlakçılara 1 milyard 169.8 milyon manatlıq içki və tütün məmulatları satılıb.

İqtisadiyyat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin iyun ayında isə bu göstəricinin həcmi 205.8 milyon manat təşkil edib.