Əfqanıstanın qərbində Herat vilayətində məscidə hücum nəticəsində 6 nəfər ölüb, 1 nəfər yaralanıb.
Bu barədə İqtisadiyyat.az "Pajhwok" agentliyinə istinadən xəbər verir.
Məlumata görə, hücumu odlu silahı olan şəxs həyata keçirib. Hücum aprelin 29-da axşam saatlarında baş verib.
Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.
Gözəl Həşimova