Qazaxıstan fövqəladə vəziyyət elan edilməsi ilə əlaqədar əcnəbi vətəndaşların ölkəyə girişini dayandırıb.

Bu barədə Qazaxıstanın Daşkənddəki səfirliyinin nümayəndəsi “RİA Novosti”yə bildirib.

“Fövqəladə vəziyyətin elan edilməsi ilə əlaqədar əcnəbi vətəndaşların Qazaxıstan ərazisinə girişi, o cümlədən piyada, hava nəqliyyatı və istənilən digər nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olması dayandırılıb”, - deyə səfirliyin nümayəndəsi bildirib.