"Twitter", "Tesla" və "SpaceX"in baş direktoru İlon Mask süni intellekt məsələləri ilə məşğul olacaq yeni şirkət yaradıb.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, bu barədə Mask tviter hesabında məlumat yayıb.

Məlumata görə, Maskın yeni süni intellekt şirkəti "xAI" artıq fəaliyyətə başlayıb. Bildirilib ki, "xAI"nın əsas məqsədi kainatın əsl mahiyyətini anlamaqdır.

Şirkətdə "Google", "Microsoft" və texnologiya sektorundan olan digər şirkətlərin keçmiş işçiləri çalışacaq. "xAI" doğru irəliləyiş əldə etmək üçün "Twitter", "Tesla" və digər şirkətlərlə sıx əməkdaşlıq edəcək.