Dünyada ötən il neft və qaz kəşfləri illik müqayisədə 52,3% azalaraq 5 milyard barel neft ekvivalentinə enib. Bu kəşflərin 40%-i təbii qaz, 60%-i isə neft olub.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) hesabatında deyilir.
Məlumata görə, kəşflərin azalmasına baxmayaraq, kəşfiyyat xərcləri 2 dəfə artıb.
Beləliklə, ötən il neft və qaz kəşflərinda rekord azalma müşahidə olunub. Qeyd olunub ki, 2023-cü ildəki ümumi kəşflərin 74 faizi dəniz kəşfləri olub.
Gözəl Həşimova