Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə 2017-ci ildən bəri qeydiyyatdan keçmiş şirkətlərin sayı 100 dəfədən çox artıb.
Bu barədə İqtisadiyyat.az "Bloomberg"ə istinadən xəbər verir.
Məlumata görə, Əbu-Dabi milyarderlər üçün yeni məkana çevrilib. Regionu dünya zənginləri üçün cəlbedici edən şey aktivlərin qorunması zəmanətləri, məxfilik və vergi üstünlükləri, o cümlədən BƏƏ-nin ikiqat vergitutma müqavilələrindən faydalanmaq imkanıdır.
Gözəl Həşimova