Bu ilin I yarısında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 41,6 % artaraq 9 milyard 181,4 milyon manata çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov tvitterdə yazıb.

"İqtisadiyyatda şəffaflaşmanın artması, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, biznes fəaliyyətinin leqallaşdırılması vergi daxilolmalarının dinamik artımı ilə nəticələnir. Bu müddətdə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 18,2 % artaraq 5 milyard 199,4 milyon manat olub",- nazir qeyd edib.