Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına start verilib.
İqtisadiyyat.az xəbər verir ki, birinci oyun günündə bir qarşılaşma baş tutub.
“Bavariya” azarkeşləri önündə “Real”ı qəbul edib. 4 qolun vurulduğu matçda qalib müəyyənləşməyib. Cavab görüşü bir həftə sonra Madriddə olacaq.
UEFA Çempionlar Liqası
Yarımfinal mərhələsi, ilk oyun
30 aprel
23:00 Bavariya (Almaniya) – Real (İspaniya) 2:2
Qollar: Leroy Sane, 53, Harri Keyn, 57 (pen.) - Vinisius Junior, 24, 83 (pen.)
Baş hakim: Kleman Türpin (Fransa)