Çin bu ilin oktyabr ayında 488 min avtomobil ixrac edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 44,2% çoxdur.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çin Avtomobil İstehsalçıları Assosiasiyasının məlumatlarında deyilir.

Hesabat dövründə ölkədən minik avtomobillərinin ixracı 421 min təşkil edib.

Assosiasiyanın məlumatına görə, ümumilikdə, yanvar-oktyabr aylarında 3 milyon 922 min avtomobil ixrac edilib ki, bunun da 3 milyon 306 mini minik avtomobilləridir.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana ümumilikdə 1 milyard 207 milyon 206 min dollar dəyərində 72 min 883 ədəd avtomobil idxal olunub.

 

Gözəl Həşimova