Çində elektrik mühərrikli avtomobillərə olan tələbat artmaqdadır.

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, bununla bağlı Çin Avtomobil İstehsalçıları Assosiasiyası (CAAM) məlumat yayıb.

Məlumata görə, 2023-cü ilin ilk 7 ayında keçən ilin eyni dövrü ilə müqayisədə Çində “New Energy Vehicle” (NEV) adlı təkrar doldurulan akkumulyator, hibrid və yanacaq hüceyrəli elektrik mühərrikli avtomobillərinin satışı artıb. 

Yanvar-iyul aylarında 4,59 milyon elektrik mühərrikli avtomobil istehsal edilib. Bu avtomobillərdən 4,53 milyonu daxili bazarda satılıb. İlk 7 ayda əvvəlki illə müqayisədə istehsal 40 faiz, satış isə 41,7 faiz artıb. İllik bazda istehsal 30,6 faiz, satış 31,6 faiz, ixrac isə 87 faiz artıb.

Gülşən Şərif