ABŞ-nin Maliyyə Nazirliyinin yaydığı məlumata görə ölkənin dövlət borcu tarixdə ilk dəfə 35 trilyon dolları keçib.

İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, Konqresin Büdcə Ofisi ölkənin dövlət borcunun 2034-cü ildə 50 trilyon dolları keçəcəyini proqnozlaşdırır.

Konqresin Büdcə Ofisi ölkənin milli borcunun 2034-cü ildə 50 trilyon dolları keçəcəyini və ölkənin ÜDM-nin 122%-dən çoxunu təşkil edəcəyini proqnozlaşdırır. Ofisin hesablamalarına görə, 2029-2034-cü illərdə ABŞ-da ÜDM-nin orta illik artımı 1,8% təşkil edəcək.

2023-cü ildə ölkənin dövlət borcu 4 trilyon dollardan çox artıb.