Çin-in xarici ticarətinin kəskin pisləşmədən sonra deflyasiya olduğu açıqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Dövlət Statistika Xidmətinin məlumatlarında qeyd olunub.

Məlumata görə, iyul ayında ölkə iqtisadiyyatında son bir ildə ilk dəfə deflyasiya qeydə alınıb. Qiymətlər illik ifadədə 0,3%, o cümlədən ərzaq məhsullarının qiymətləri isə 1,7% ucuzlaşıb. Bu vəziyyət böhrana yaxınlaşmaq əlaməti hesab olunur. Bildirilib ki, Çin sonuncu dəfə 2008-2009-cu illərdə qlobal böhran zamanı deflyasiya ilə üzləşib.

İyun ayında isə ölkədə 0% inflyasiya qeydə alınıb.

 

Gözəl Həşimova