Çexiya Ukraynaya iki ədəd “Kub” Zenit-Raket Kompleksi (2K12M) və onlar üçün çoxlu sayda raket verəcək.

İqtisadiyyat.az xəbər verir ki, bunu Çexiya Prezidenti Petr Pavel bildirib.

“Bu hava hücumundan müdafiə sistemi aşağı və orta hündürlüklərdə, həm səsdən, həm də səsdən yüksək sürətlə uçan təyyarələrdən və mərmilərdən qoşunların hava hücumundan müdafiəsi üçün nəzərdə tutulub” – o qeyd edib.