Yaponiya hökuməti altı strateji sahəyə, o cümlədən yeni növ yarımkeçiricilərin, elektromobillərin və yüksək tutumlu akkumulyatorların istehsalına sərmayə qoyan şirkətlər üçün korporativ vergiləri azaltmaq niyyətindədir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Sankei" qəzeti məlumat yayıb .

Qanunun 2024-cü maliyyə ilində qüvvəyə minməsi gözlənilir.

Məlumata görə, Yaponiya 2050-ci ilə qədər sənaye və avtomobillərdən atmosferə karbon qazı emissiyasını tamamilə dayandırmağı planlaşdırır.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana ümumilikdə 85,8 milyon dollar dəyərində 2 118 ədəd elektrikli avtomobil idxal olunub. Bu dövrdə elektrikli avtomobil idxalına çəkilən xərc ötən ilə nisbətən 65 milyon dollar və ya 8,4 dəfə artıb.

 

Gözəl Həşimova