Almaniya hakimiyyəti inflyasiya fonunda 2,5 milyondan çox məmurun maaşını artıracaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Hökumət dövlət sektoru işçilərinin maaşlarının artırılması ilə bağlı həmkarlar ittifaqları ilə görüş keçirib və dövlət qulluqçularının iş şəraitini yaxşılaşdırmağa söz verib.

2023-cü ilin martından adi əməkhaqqı 200 avro, ondan sonra isə daha 5,5% artırılacaq.

Mart ayında Almaniyada illik inflyasiya 7,4%-ə çatıb.

Bu ilin əvvəlində Almaniyada dövlət qulluqçularının bir neçə irimiqyaslı tətilləri olub.