Almaniyanın 'BMW' şirkəti dünyada 1,6 milyon avtomobili geri çağırır.

İqtisadiyyat.Az saytının məlumatına görə, geri çağırılma işlənmiş qazların ötürmə sistemində mümkün nasazlıqla əlaqədardır.

Qeyd olunur ki, bu qüsur bəzi hallarda yanğına səbəb ola bilər.

Geri çağırılma 2010-cu ilin avqustundan 2017-ci ilin avqustunadək istehsal olunan avtomobillərə şamil edilir.