Dünyanın kriptovalyuta bğazarında qiymətlər yenidən yüksəlməyə başlayıb.

Əsas kriptovalyuta sayılan Bitkoin sutka ərzində 4,2 dollar və ya 12%-dən artıq bahalaşaraq 39,3 min dollara yüksəlib.

Ümumiyyətlə, iyunun 8-də 31,7 min dollara düşəndən sonra bitkoinin qiymətində 7,6 min dollar və ya 24% artım baş verib.

Ethereum isə sutka ərzində 7,5% bahalaşaraq 2500 dollara yaxınlaşıb. Ümumilikdə son 5 gündə bu koin 200 dollra yaxın bahalaşıb, amma bir həftə əvvlki qiymətdən hələ aşağıdır.

Kriptovalyuta birjasını təmsil edən «Binance Coin»in də qiymətində artım var. Son sutkada 6,5% bahalaşaraq 360 dollara yüksəlib.

«Cardano» 6,8% bahalaşaraq 1,54 dollar, Dogecoin isə 4,6% bahalaşaraq 0,32 dolları keçib.