Birləşmiş Ərəb Əmirlikləri ilə Yaponiya arasında dövlət və özəl sektorları əhatə edən 23 saziş və anlaşma memorandumu imzalanıb.

İqtisadiyyat.az dünya mediasına istinadən bildirir ki, BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ölkəsində səfərdə olan Yaponiyanın baş naziri Kişida Fumio ilə görüşüb. Görüş zamanı BƏƏ prezidenti bu səfərin 50 illik tarixə malik iki ölkə arasında münasibətlərdə yeni bir dönüş yaradacağını bildirib.

Əbu Dabidə yerləşən Vətən Sarayında keçirilən görüşdə ikitərəfli əməkdaşlıq və regional məsələlər müzakirə olunub. 

Görüşdən sonra iki ölkə arasında ortaq ticarət və investisiyaların artırılması səyləri istiqamətində 23 saziş və anlaşma memorandumu imzalanıb. 

Bildirilib ki, anlaşma memorandumu və sazişlər bərpa olunan enerji, səhiyyə, texnologiya, ətraf mühit, nəqliyyat, infrastruktur və sənaye sahələrini əhatə edir.