Sorğunun nəticələrinə əsasən bank sektorunda komplayens, əməliyyat və faiz dərəcəsi riskləri (faizlərin dəyişməsi nəticəsində aktiv və passivlərin faiz dərəcələrinə görə bölgüsündə uyğunsuzluqlardan yaranan risk) artmış, dələduzluq, likvidlik və məzənnə riskləri isə azalıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb.

Məlumata görə, növbəti rübdə də eyni risklərin daha aşağı sürətlə artması, kredit, İT və dələduzluq risklərinin isə azalması proqnoz edilib.